Gündəm 23.12.2019 10:14

Amerikada azərbaycanlıların birliyini arzulayan xanım - FOTO

Bakı. Rakus.az

Amerikada 800 minə yaxın soydaşımız məskunlaşıb. Onların arasında milli kimliyini unudanlar da var, özünü Azərbaycanın bir parçası hesab edənlər də. Elələri də var ki, şəcərə baxımından azərbaycanlı olsalar da, Azərbaycan adlı bir ölkənin mövcudluğu onlar üçün heç bir əhəmiyyət daşımır…

Deyir ki,- “Mən soydaşlarımın arasında olanda özümü dünyanın ən xoşbəxti sanıram. Ən böyük arzum Amerikadakı azərbaycanlıların birliyidir”…

Kübarlığı, yüksək mədəniyyəti, səmimiyyəti, insanpərvərliyi ona həmişə başucalığı gətirib. Paxıllıq, həsəd ruhuna yaddır. Ünsiyyətdə mehriban, necə deyərlər, istiqanlı, zərif xanımdır. İçi gözəllik və sevgi ilə doludur. Ədalətli olmaq onun həyat kredosudur. Nəzakətli davranışdan zövq alır, kobudluğa nifrət edir. Çox zəkalı, saf və təmiz qəlblidir. Dinləməyi bacarır. Çöhrəsindən heç zaman təbəssüm əskik olmur. Son dərəcə həssas insandır. Adamlara dəyər verməyi bacarır…

…Atası Vidadi Məmmədov istefada olan polis polkovnikidir. Anası Səmidə xanım evdar qadındır…

Bakıda dünyaya gəlib. Orta təhsilini 174 nömrəli məktəbdə başa vurub. Sonra Azərbaycan Dillər Universitetində ingilis-alman dilləri müəllimi ixtisasına yiyələnib. Daha doğrusu, oranı qırmızı diplomla bitirib. Üç il “Bay Bank”da, doqquz il “Britaniya Hava Yolları” şirkətində müxtəlif vəzifələrdə işləyib. 2013-cü ildən ABŞ-ın Kaliforniya ştatında yaşayır. Hazırda “Sinqapur Hava Yolları” şirkətinin Biznes əməliyyatları departamentində çalışır…

…Ömür-gün yoldaşı İsmayıl Rüstəmov kimyaçı alimdir. Akademik Musa Rüstəmovun oğludur. Fidan adında bir qızı var. Fidan xanım rəssamdır. Ailəsi ilə birlikdə Bakıda yaşayırlar…

İctimai fəaldır. “Kaliforniya-Azərbaycan Dostluq Assosasiyası”na rəhbərlik edir. Azərbaycan naminə gördüyü işləri saymaqla bitməz. Ötən müddət ərzində ölkəmizlə əlaqəli xeyli tədbir həyata keçirib. Onların arasında Qarabağla bağlı olanları da var, milli, rəsmi bayramlarımıza həsr edilənləri də…

…Allah öz nurunu ondan əsirgəməyib. Necə ki, daxilən gözəldir, eləcə də zahirən. Bu gözəlliklərin vəhdəti onu daha ecazkar göstərir. Asudə vaxtlarında gül-çiçək əkib, onlara qulluq etməkdən zövq alır. Sanki bununla istirahət edir, qayğıdan, yorğunluqdan uzaq olur. “Mən heç kimin deyiləm, mən dünyaya mənsubam, bilirəm ki, qəribəyəm”- söyləyir…

Bəli, Amerikada 800 minə yaxın soydaşımız yaşayır. Haqqında söhbət açdığım Kimiya Məmmədova onların arasında bütün varlığı ilə Azərbaycana bağlı olan insanlardan biridir…

Elman Eldaroğlu,
tekdam@mail.ru

XƏBƏR LENTİ
Siyasi / 10.07.2024 13:09
Qonşuları arasında bölüşdürülən rayon – ANONS
Elm və təhsil, Maraqlı / 09.07.2024 21:35
“Mamikonyanlar türk, Baqratilər yəhudi mənşəlidir, ermənilərə aidiyyəti yoxdur” – Qərbi Azərbaycan Xronikası - FOTO - VİDEO
Hərbi, Video müsahibə / 09.07.2024 18:48
“Ermənistanın təhlükəsizliyinə Azərbaycan və Türkiyə zəmanət verə bilər” - VİDEO
Elm və təhsil / 09.07.2024 14:09
Türk-qıpçaq irsi və mirası – ANONS - VİDEO
Hərbi, Video müsahibə / 09.07.2024 13:56
“Ermənistan mövcud olmayacaq…” – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə / 08.07.2024 22:36
“Qərbi Azərbaycanda elə bir ailə yoxdur ki, erməni vəhşiliyinə məruz qalmasın” – MÜSAHİBƏ - FOTO - VİDEO
Təhlil / 08.07.2024 17:09
Orbanın 4 ölkəyə səfəri – Putinlə əlaqə saxlayan yeganə siyasi fiqur – TƏHLİL
Sosial / 06.07.2024 22:42
Zod kəndinin qayıdış niyyətli tədbiri – Qərbi Azərbaycan Xronikası - FOTO - VİDEO
Maraqlı, Mətbuat / 05.07.2024 22:41
“12 il Bakıda, 22 il Kiyevdə yaşadım, yuxularımda ancaq Göyçəni görürəm” - FOTO - VİDEO
Maraqlı, Mətbuat / 05.07.2024 13:59
“Biz hökmən o yerlərə dönəcəyik” – Mövsüm Aslanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm, İdman / 05.07.2024 01:24
Qərbi Azərbaycan Kuboku: “Çəmbərək qətliamı” və “Elvin Əlizadə ruzigarı” - FOTO - VİDEO
Dünya, Siyasi, Təhlil / 04.07.2024 22:05
Ermənistanla sülh sazişi mətninə Qərbi Azərbaycan məsələsi artıq daxil edilib - FOTO - VİDEO
Təhlil / 04.07.2024 16:16
Qərblə Şərq arasında mövqeyin göstəricisi – TƏHLİL
Siyasi / 04.07.2024 14:15
İrəvana göndərilən 10-cu paket – ANONS - VİDEO
Maraqlı, Siyasi / 03.07.2024 22:34
I Pavelin qızının şərəfinə qoyulan oğuz yurdu - FOTO - VİDEO
Təhlil / 03.07.2024 15:12
Təkqütblülükdən xilas olmağın yolu – ŞƏT-in təhlükəsizlik imkanları
Siyasi / 03.07.2024 13:49
Çarın bu qızının şərəfinə qoyulan oğuz yurdu – ANONS - VİDEO
Elm və təhsil / 02.07.2024 22:43
“Türklərin Qafqazdakı varlığını 11-ci əsrdən götürmək utopiyadır” - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 02.07.2024 18:36
“Ümumi oyunun bir hissəsi Ermənistanı Fransanın forpostuna çevirməkdir” - VİDEO
Təhlil / 02.07.2024 16:57
İlham Əliyevin sülh şərti – beynəlxalq ictimaiyyətə ismarış – TƏHLİL
Siyasi, Video müsahibə / 02.07.2024 12:24
Ermənistan kimin forpostu olur?- ANONS - VİDEO
Müsahibə / 01.07.2024 22:30
“Kameral təsvirlər Qərbi Azərbaycan torpaqlarının kimə məxsusluğunu sübut edən dövlət sənədidir” - VİDEO
Elm və təhsil / 01.07.2024 13:45
Xəzərlərin etnik kimliyi – ANONS
Maraqlı, Sosial / 29.06.2024 22:01
“Şorcalı mordvin gənci türk casusu adı altında İrəvanda öldürülüb” – Qərbi Azərbaycan Xronikası - FOTO - VİDEO
Maraqlı, Sosial / 28.06.2024 22:46
“Qonaq gələnlər maşını kənddə qoyub Gorusa erməni nömrəsi olan maşınla, avtobusla gedirdilər” - FOTO - VİDEO
Təhlil / 28.06.2024 15:23
Ermənistanın nicatı və Aİ-yə açılan yol – TƏHLİL