Siyasi 09.02.2020 00:09

Azərbaycanda parlament seçkiləridir

Bu gün Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilər keçirilir.

Rakus.az xəbər verir ki, səsvermə səhər saat 08:00-da başlayıb, axşam saat 19:00-da başa çatacaq.

Parlament seçkiləri 125 dairəni əhatə edəcək və səsvermə 5 573 məntəqədə aparılacaq. Seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının qərarı ilə 5 milyon 387 min 600 ədəd seçki bülleteni çap olunub.

Bu seçkidə 5 milyon 329 460 nəfər seçkilərdə səsvermə hüququndan istifadə edə biləcək. Parlament seçkilərində iştirak edəcək namizədlərin sayı 1314 nəfərdir. Onlardan 246-sı siyasi partiyaların siyahıları ilə irəli sürülüb. Eyni zamanda namizədlərdən 1 057-i öz təşəbbüsü ilə, 11-i isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb. Namizədliyi qeydə alınanların 79 faizi kişi, 21 faizi qadınlardır.

Seçkini 77 790 yerli müşahidəçi izləyəcək. Onlardan 35 152-i siyasi partiyaların müşahidəçiləridir. Bundan başqa, seçkilərlə əlaqədar 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib ki, onlar 58 ölkə vətəndaşlarıdır. Prosesi 132 beynəlxalq KİV təmsilçisi işıqlandıracaq.

Parlament seçkilərində Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası ABŞ-ın “AJF&Associates İnc.” təşkilatı ilə birgə, “İnsan Hüquqları XXI əsr – Azərbaycan” Fondu Fransanın “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə və RƏY Monitorinq Mərkəzi “exit poll” keçirəcək qurumlar kimi qeydə alınıb.

Xatırladaq ki, MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və nəticələri barədə saat 10.00, saat 12.00, saat 15.00, saat 17.00 və saat 19.00-da ilkin məlumatlar veriləcək. Səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.

XƏBƏR LENTİ
Elm və təhsil / 01.08.2026 08:25
Azərbaycan dilinə dövlət dili statusu verilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır – MƏQALƏ
Dünya, Təhlil / 31.07.2026 17:38
Türkiyə Avropanın Yaxın Şərqdə həm qalası, həm də müdafiə istehkamıdır – TƏHLİL - FOTO
Dünya, Mədəni / 29.07.2026 10:57
“Zita və Gita”dan deputatlığa: Hema Malini necə əfsanəyə çevrildi? – RETRO BAKU - VİDEO
Dünya, Təhlil / 28.07.2026 16:50
“Beşinci kolon” yaradan ETTALAAT, Sepah və media orqanları – TƏHLİL - FOTO
Dünya, Təhlil / 27.07.2026 17:03
Berlindəki terror aktı – cinayətkarın dini, milləti olmur – TƏHLİL - FOTO
Elm və təhsil, Maraqlı, Sosial / 27.07.2026 10:51
Azərbaycanı birləşdirən Şah Qacarın meyidi niyə 2 yerə bölündü? - VİDEO
Kriminal, Sosial / 27.07.2026 10:42
“Heç özümü bağışlamamışam” – Motosiklet qəzasında ölən Zəhranın atası – “Arzunun vaxtı” - VİDEO
Sosial / 27.07.2026 10:35
Gözüyaşlı atanın ürəkdağlayan hekayəsi – “Arzunun vaxtı” - VİDEO
Dünya, Siyasi, Təhlil / 24.07.2026 17:19
Fransada ksenofobiya – irqi mənsubiyyətə görə artan gərginlik – TƏHLİL - FOTO
Elm və təhsil, Mədəni / 24.07.2026 12:22
Aşıq Alıdan qalan sərvət – Salman Qaralar yazır - FOTO
Elm və təhsil, Sosial / 24.07.2026 11:24
İnsanları halallığa və yüksək əxlaqa çağıran adam – Kərəm Həsənzadənin vəfatının 60 illiyinə
Elm və təhsil, Sosial / 24.07.2026 11:05
Əxlaqı yaradan nədir: Elm, yoxsa hikmət? – AMİN - VİDEO
Dünya, Siyasi, Təhlil / 23.07.2026 10:52
Ermənistan-Rusiya atmosferi – münasibətlərdə AES barometri – TƏHLİL - FOTO
Mətbuat / 22.07.2026 00:01
Bu gün Azərbaycanda Milli Mətbuatın yaranması günüdür
Dünya, Siyasi, Təhlil / 21.07.2026 16:56
Rusiyanın meyvə təzyiqləri İrəvanda etirazlar yaradır – TƏHLİL - FOTO
Maraqlı, Sosial / 21.07.2026 11:22
“Şəfanın məzarının vəziyyətini gördükdə şoka düşdüm” – “Arzunun vaxtı” - VİDEO
Dünya, Siyasi / 20.07.2026 17:35
ABŞ 30 ildən sonra “xarici terrorçuları” ölkədən çıxaracaqmı? – TƏHLİL - FOTO
Elm və təhsil, Texnologiya, Təhlil / 20.07.2026 12:11
Sosial şəbəkələrə qadağa: dünyada nə baş verir? – ARAŞDIRMA - VİDEO
İdman / 20.07.2026 11:22
“Media Kuboku-2026” – yaddaqalan anlar və kadrlar - FOTO - VİDEO
İdman / 19.07.2026 17:31
“Media Kuboku-2026” minifutbol turniri başa çatıb - FOTO
Sosial / 19.07.2026 11:40
300 nəfərlik gizli “WhatsApp” qrupu kəndi necə dəyişir? – KƏNDİNƏ QAYIT - VİDEO
Sosial / 18.07.2026 21:15
Atasını itirdi, 6-cı sinifdə “ana” oldu – “Arzunun vaxtı” - VİDEO
İdman / 18.07.2026 16:57
Qusarda “Media Kuboku – 2026” minifutbol turniri start götürüb - FOTO
Sosial / 18.07.2026 13:33
Tanınmış teleaparıcı özbaşnalıqlara son qoyulmasını tələb edir
Mədəni, Sosial / 18.07.2026 10:22
“Boşanmaq nədir, nəyin çatmır, ay qız?!” – O VAXTLAR - VİDEO
Siyasi, Təhlil / 17.07.2026 16:27
Özünü buraxan PKK niyə başqaları üçün alət olaraq qalır? – TƏHLİL - FOTO