Gündəm 07.04.2020 13:37

Fatih Portakal barəsində cinayət işi açılır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan“FOX” televiziyasının məşhur aparıcısı Fatih Portakal barəsində cinayət işinin açılması üçün İstanbul Baş Prokurorluğuna müraciət edib.

Rakus.az xəbər verir ki, dövlət başçısı məşhur aparıcını sosial şəbəkədə yalan və xalqı çaşdırmağa yönəlmiş məlumatlar paylaşmaqda ittiham edir.

R.T.Ərdoğanın vəkili Ahmet Özel deyib ki, dövlət başçısı yazılı müraciətində milli həmrəyliyin önəmini vurğulayıb, könüllülük əsasında kampaniyaya göstərilən təvəccöhdən bəhs edib, görülən bütün tədbirləri açıqlayıb və tarixi bir nümunə olaraq Təkalifi Milliyə qanunundan söz açıb.

Vəkil A.Özel Fatih Portakalın tvitində R.T.Ərdoğanın nəzərdə tutmadığı ehtiyatı olan və əmanətçilərdən zorla vəsait istəniləcəyi yönündə işlətdiyi ifadələrin yalan olduğunu vurğulayıb: “Bunlar tamamilə yalan və xalqı çaşdırmağa, aldatmağa hesablanmış ifadələrdir. Bu səbəbdən cinayət işinin qaldırılması ilə bağlı prokurorluğa müraciət etmişik”.

F.Portakalın həmin tvitində bu sözlər yer alıb:

“Təkalifi Milliyə yada salınaraq, “bir də çətin günlərdən keçirik” deyilərək əmanəti və ya ehtiyatı olanlarda pul istəniləməsin! Koronasonrası ödəyək deyirlərmiş bir də! Olmaz, olmaz deyə bilmirəm, təəssüf ki!”.

Xatırladaq ki, Təkalifi Milliyə Türkiyənin İstiqlaliyyət müharibəsi dövründə ordunun ehtiyaclarını qarşılamaq üçün hazırlanan qanun olub. Qanuna görə, ehtiyac olduğu təqdirdə xalqa məxsus mülk və ya pul müsadirə edilə bilər. (Report)

XƏBƏR LENTİ
İdman / 25.09.2026 12:48
Sabah Şəhid Jurnalistlərin xatirəsinə Minifutbol Turnirinin açılışı və ilk turun oyunları olacaq - FOTO
Mətbuat / 24.09.2026 00:58
“Haber Global” 8 yaşını qeyd edir
İdman / 23.09.2026 10:00
Şəhid Jurnalistlərin xatirəsinə 5-ci Ənənəvi Minifutbol Turniri başlayır - FOTO
Sosial / 19.09.2026 17:27
Hümbət Hüseynov: “Əmlak Məsələləri Dövlət Xidməti bələdiyyə qərarları əsasında vətəndaşlara niyə çıxarış vermir?”
Elm və təhsil, Gündəm / 15.09.2026 00:01
Azərbaycanda yeni dərs ili başlayır
Dünya, Mədəni / 14.09.2026 10:08
Maykl Ceksonun son günləri: “This Is It”dən faciəyə – RETRO BAKU - VİDEO
Dünya, Təhlil / 10.09.2026 16:12
Paşinyanın Paris səfəri – İrəvanın Moskvanı neytrallaşdırma cəhdi – TƏHLİL - FOTO
Dünya, Təhlil / 08.09.2026 17:50
Üç dövlətin hərbi manevri – Uzaq Şərqdə toqquşan maraqlar – TƏHLİL - FOTO
Dünya, Mətbuat / 08.09.2026 10:20
Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günüdür
Dünya, Siyasi, Təhlil / 07.09.2026 16:37
ABŞ-Rusiya görüşü Ukraynaya sülh gətirəcəkmi? – TƏHLİL - FOTO
Elm və təhsil / 01.08.2026 08:25
Azərbaycan dilinə dövlət dili statusu verilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır – MƏQALƏ
Dünya, Təhlil / 31.07.2026 17:38
Türkiyə Avropanın Yaxın Şərqdə həm qalası, həm də müdafiə istehkamıdır – TƏHLİL - FOTO
Dünya, Mədəni / 29.07.2026 10:57
“Zita və Gita”dan deputatlığa: Hema Malini necə əfsanəyə çevrildi? – RETRO BAKU - VİDEO
Dünya, Təhlil / 28.07.2026 16:50
“Beşinci kolon” yaradan ETTALAAT, Sepah və media orqanları – TƏHLİL - FOTO
Dünya, Təhlil / 27.07.2026 17:03
Berlindəki terror aktı – cinayətkarın dini, milləti olmur – TƏHLİL - FOTO
Elm və təhsil, Maraqlı, Sosial / 27.07.2026 10:51
Azərbaycanı birləşdirən Şah Qacarın meyidi niyə 2 yerə bölündü? - VİDEO
Kriminal, Sosial / 27.07.2026 10:42
“Heç özümü bağışlamamışam” – Motosiklet qəzasında ölən Zəhranın atası – “Arzunun vaxtı” - VİDEO
Sosial / 27.07.2026 10:35
Gözüyaşlı atanın ürəkdağlayan hekayəsi – “Arzunun vaxtı” - VİDEO
Dünya, Siyasi, Təhlil / 24.07.2026 17:19
Fransada ksenofobiya – irqi mənsubiyyətə görə artan gərginlik – TƏHLİL - FOTO
Elm və təhsil, Mədəni / 24.07.2026 12:22
Aşıq Alıdan qalan sərvət – Salman Qaralar yazır - FOTO
Elm və təhsil, Sosial / 24.07.2026 11:24
İnsanları halallığa və yüksək əxlaqa çağıran adam – Kərəm Həsənzadənin vəfatının 60 illiyinə
Elm və təhsil, Sosial / 24.07.2026 11:05
Əxlaqı yaradan nədir: Elm, yoxsa hikmət? – AMİN - VİDEO
Dünya, Siyasi, Təhlil / 23.07.2026 10:52
Ermənistan-Rusiya atmosferi – münasibətlərdə AES barometri – TƏHLİL - FOTO
Mətbuat / 22.07.2026 00:01
Bu gün Azərbaycanda Milli Mətbuatın yaranması günüdür
Dünya, Siyasi, Təhlil / 21.07.2026 16:56
Rusiyanın meyvə təzyiqləri İrəvanda etirazlar yaradır – TƏHLİL - FOTO
Maraqlı, Sosial / 21.07.2026 11:22
“Şəfanın məzarının vəziyyətini gördükdə şoka düşdüm” – “Arzunun vaxtı” - VİDEO