Sosial 26.11.2019 15:14

ABŞ-da yaşayan azərbaycanlı biznes-ledi - FOTO

 

Deyilənlərə görə, insanlar iki kateqoriyaya bölünürlər- uğurlu və uğursuzlar. Uğursuz insanların həyatında çətinliklər, iztirablar nə qədər çox olursa, uğurlu insanların həyatı bir o qədər rahat, rəngarəng, maraqlı keçir. Bundan əlavə xalq arasında nisbi də olsa bədbəxt və ya xoşbəxt insan anlamı da var. Şair yaxşı deyib:- “Göydən yerə leysan əvəzi dürrü də yağsa, Bədbəxt olanın başına bir danəsi düşməz”. Xoşbəxtlik isə milyonlarla adamın arasından sahibini axtarıb tapır…

Bəli, bu dəfəki söhbətimin qəhrəmanı Nərgiz Rzayeva- Bald uğurlu, xoşbəxt insanlardandır. 1981-ci ildə Moskvada ziyalı ailəsində dünyaya gəlib. 9 yaşı olanda Bakıya köçüblər. 1998-ci ildə orta təhsilini 43 nömrəli məktəbdə başa vurub. 1999-2004-cü illərdə BDU-nun biologiya fakultəsinin əvvəlcə əyani, son iki ilini isə qiyabi şöbəsində təhsil alıb. 2003-cü ildən ABŞ-ın Nyu Cersi ştatında yaşayır…

…Ömür-gün yoldaşı Robert Baldla 2001-ci ildə ABŞ-da müvəqqəti yaşayan bacısıgildə qonaq olarkən tanış olublar. 2002-ci ildə isə ailə həyatı qurublar. Robert sahil mikrosistemləri mühəndisləri şirkətində menecer işləyir. İki övladı var. Qızı Sofiya 12, oğlu Kamran 6 yaşındadırlar…

Nərgiz xanım Nyu Cersiyə gələndən sonra 2003-2005-ci illərdə “Cooper Rehab and sports therapy” şirkətində “medical billing specialist” vəzifəsində işləyib. 2005-2007-ci illərdə əvvəlcə “PBS “ şirkətində, ardınca “Shore orthopedic group”-da çalışıb. 2007-2009-cu illərdə analıq məzuniyyətində olub. Eyni zamanda müəyyən kurslar götürərək daşınmaz əmlak üzrə mütəxəsis ixtisasına yiyələnib. 2009-2011-ci illərdə “Caldwell Bnker Realty” şirkətində həmin ixtisas üzrə fəaliyyət göstərib. 2011-ci ildə köhnə ixtisasına dönərək, iki il “The Plastic Surgery Center”də “medical billing specialist” vəzifəsində işləyib. 2013-cü ildən rəfiqələrindən biri ilə “Capital Medical Billing Solutions” şirkətini təsis edərək, həmin müəssisəyə rəhbərlik edir…

Deyir ki,- “Çox istərdim, azərbaycanlı gənclər mükəmməl təhsil alsınlar. Çətinliklərdən qorxmasınlar. İnadla məqsədə doğru irəliləsinlər. Xanımlarımız azad və maneəsiz bizneslə məşğul ola bilsinlər. Ölkədə qadın biznesmenlərin sayı artsın”…

Böyük tennis oynamağı, övladları ilə daha çox vaxt keçirməyi xoşlayır. Azərbaycan rəqs havalarını dinləməkdən zövq alır. Qətiyyətli, işgüzar, iradəli xanımdır. Həyatın insana bir dəfə verildiyini dərindən anlayır, onu necə yaşamağı yaxşı bilir. Necə deyərlər, taleyinə yazılan xoşbəxtliyin şirinliyindən dadaraq, daha gözəl günlərə doğru addımlayır…

Elman Eldaroğlu,
[email protected]

XƏBƏR LENTİ
Dünya, Siyasi / 09.10.2026 15:56
“Bakı Dialoqu”: müharibə aparanlara sülh ismarışı – TƏHLİL - FOTO
İdman / 09.10.2026 07:08
Şəhid Jurnalistlərin Xatirə Turnirində 3-cü tura start verilir - FOTO
Dünya, Təhlil / 08.10.2026 17:00
Rubionun çağırışları – Avropa ABŞ-yə layiq tərəfdaş olacaqmı? – TƏHLİL - FOTO
Dünya, Siyasi / 07.10.2026 16:31
Taleyi Fələstinə bağlı bölgə – zəifləyən HƏMAS – TƏHLİL - FOTO
Mətbuat, Sosial / 07.10.2026 10:20
“Cırıq ayaqqabı ilə lavaş satırdım, sonra səhnələrə çıxdım” – ARZUNUN VAXTI - VİDEO
İdman / 07.10.2026 00:16
Xatirə Turnirinin 2-ci turu – yaddaqalan anlar və kadrlar - FOTO
İdman / 06.10.2026 00:04
İkinci tur başa çatdı – epizodlar, xal və bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Hərbi, Siyasi / 05.10.2026 17:09
Regional və qlobal mahiyyət daşıyan Azərbaycan Zəfəri – TƏHLİL - FOTO
Maraqlı, Sosial / 05.10.2026 10:01
Bəzədiyi kuzə Brejnevə hədiyyə verilən bakılı – O VAXTLAR - VİDEO
İdman / 05.10.2026 00:22
Xatirə turnirində 2-ci turun nəticələri - FOTO
Dünya, Mədəni / 04.10.2026 11:28
Estoniyada “Saz və Balaban” adlı konsert və rəsm sərgisi keçirilib - FOTO
Siyasi, Təhlil / 02.10.2026 17:13
Üçkilsədə “at oynadan” “KQB agenti” – TƏHLİL - FOTO
Hərbi, Siyasi / 02.10.2026 14:40
Dürdanə Hümbətova yazır: 44 günlük qəhrəmanlıq DASTANI
İdman / 02.10.2026 14:03
Şəhid Jurnalistlərin Xatirə Turnirində 2-ci tur həyəcanı başlayır - FOTO
Gündəm, İdman / 01.10.2026 07:16
Telekanal və saytların xatirə turniri ilə bağlı SÜJET və XƏBƏRLƏRİ - FOTO - VİDEO
İqtisadi / 30.09.2026 14:22
ASK və ATMİA Anlaşma Memorandumu imzaladı - FOTO
Mədəni, Sosial / 30.09.2026 11:22
65 ilin işığı – pöhrələnən ağaclar…
İdman / 30.09.2026 08:06
Xatirə Turnirinin ilk turu – yaddaqalan anlar və kadrlar - FOTO - VİDEO
İdman / 29.09.2026 09:37
Xatirə turnirinin ilk turunda 4 komanda qalib gəlib – xal və bombardirlər CƏDVƏLİ - FOTO
Mədəni / 28.09.2026 14:16
Milyonlarını itirən Sərdar Ortaç qumardan niyə uzaqlaşmadı? – RETRO BAKU - VİDEO
İdman / 28.09.2026 09:22
Bakıda 5-ci Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi olub - FOTO - VİDEO
Gündəm, Hərbi / 27.09.2026 00:02
Azərbaycanda Anım Günüdür
İdman / 26.09.2026 08:00
Şəhid Jurnalistlərin xatirəsinə Minifutbol Turnirinin açılışı və ilk turun oyunları olacaq - FOTO
Dünya, Siyasi, Təhlil / 25.09.2026 17:28
Paşinyana Hessen mükafatı – vaxtilə orden alan Koçaryan və Sarqsyanın taleyi – TƏHLİL - FOTO
Mətbuat / 24.09.2026 00:58
“Haber Global” 8 yaşını qeyd edir
İdman / 23.09.2026 10:00
Şəhid Jurnalistlərin xatirəsinə 5-ci Ənənəvi Minifutbol Turniri başlayır - FOTO