Sosial 05.08.2019 16:13

AQTA və QMİ Qurban bayramı ilə bağlı tövsiyələr verdi

Qurban bayramında fəaliyyət göstərəcək stasionar və çadırtipli heyvan kəsimi məntəqələrinin siyahısı açıqlanıb.

Rakus.az xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, Qurban bayramı günlərində Respublika üzrə 44 stasionar və 30 çadırtipli heyvan kəsimi məntəqəsi fəaliyyət göstərəcək.

AQTA bayram günlərində qurbanlıq heyvanların satışı və kəsimi ilə məşğul olan şəxslərə müraciət edərək, şəhərimizin küçələrində və yol kənarlarında antisanitar şəraitin yaradılmaması üçün onları heyvan satışı və kəsimini baytarlıq-sanitariya və gigiyena normalarına cavab verən stasionar heyvan kəsimi məntəqələrində və Qurban bayramı ilə bağlı yerli icra orqanları ilə birgə təşkil olunmuş çadırtipli kəsim məkanlarında həyata keçirməyə çağırır.

Heyvan kəsimi məntəqələri lazımi avadanlıqlar ilə təmin ediləcək.

Vətəndaşlar bayram günlərində əvvəlcədən seçim edərək, qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün müəyyənləşdirilmiş yerlərə müraciət edə, təşkil olunan xidmətlərdən yararlana bilərlər.

Qafqaz Müsəlmanları İdarəsi də (QMİ) qurbanın sanitariya qayda-qanunlarına ciddi əməl olunmaqla münasib yerlərdə icra edilməsini tövsiyə edir: “Qurbаn duаsının охunması məsləhətdir. Tövsiyə edərdik ki, bu müqəddəs bayram günlərində qurbanların kəsilməsi baytarlıq və sanitariya qayda-qanunlarına ciddi əməl olunmaqla münasib yerlərdə icra edilsin. Həmçinin, qurbanların azyaşlı uşaqların, habelə heyvanların gözü qarşısında kəsilməsi məsləhət deyil”.

Bakı şəhəri üzrə həmin kəsim məntəqələrinin ünvanları aşağıdakı kimidir:

S/s Rayonlar Heyvan kəsimi və satışı məntəqələrinin ünvanları
1 Səbail rayonu Gülbala Əliyev küçəsi (Bibiheybət Neft-Qazçıxarma idarəsinin arxası)
2 20-ci sahə (Badamdar şossesi)
3 Xətai rayonu Zığ yolu (“Nargilə” adlanan yer və 5 saylı binanın yaxınlığında)
4 Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi
5 Binəqədi rayonu Biləcəri qəsəbəsi , Xocəsən -Biləcəri – Binəqədi yolu (dördyol adlanan yer)
6 Binəqədi qəsəbəsi, Gülüstan massivi döngə 15 (heyvan bazarının yanı)
7 Cəfər Xəndan küçəsi 54 (“Ət pavilyonu”)
8 Şərifzadə küçəsi 196
9 Yasamal rayonu Yeni Yasamal yaşayış massivi, D.Bünyadzadə küçəsi 7
10 M.Xiyabani küçəsi 10c
11 Lökbatan qəsəbəsi (“Meyvəli” MMC-nin ərazisi)
12 Qaradağ rayonu Aqrovest MMC (Lökbatan yolu, “Binə” ticarət mərkəzinin qarşısı)
13 “Qoç-ət” MMC , Lökbatan qəsəbəsi
14 Nizami rayonu M.Əliyev və R.Rüstəmov küçələrinin kəsişməsi
15 “Azər-Aqro” MMC , Yeni Bakı Neftayırma Zavodu dairəsi
16 Əliyar Əliyev küçəsi 26 (“Bakı Taxıl-2” ASC-yə məxsus heyvan kəsimi məntəqəsi)
17 Nərimanov rayonu Təbriz küçəsi ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsi (“Qarabağ” mehmanxanasının söküntü sahəsindəki avtomobil dayanacağı
18 Əlyar Əliyev küçəsi 36a (“Təbriz” KM, Keşlə bazarı)
19 Suraxanı rayonu Hövsan Qəsəbəsi, Hövsan-Türkan yolu (Ticarət Mərkəzinin qarşısı)
20 Yeni Günəşli V massivi (“Günəş” Ticarət Mərkəzi)
21 Xəzər rayonu Qala qəsəbəsi Dəmiryol stansiyası (“Lambir” müəssisənin arxası)
22 Binə qəsəbəsi, “Öz Fermamızdan” MMC
23 Abşeron rayonu “Səhliyalı” MMC,Xırdalan şəhəri Quşçuluq massivi
24 Zabrat yolu “Azmeat” ət kəsimi məntəqəsinin qarşısındakı sahə
25 Zabrat-Kürdaxanı şossesinin sağ tərəfi
26 Zabrat-Maştağa şosesi (“Kanal” marketin yanı)
27 Bakıxanov qəsəbəsi Fətəliyev küçəsi 72
28 Sabunçu rayonu Nardaran qəsəbəsi, Mirzəfətəli Axundzadə küçəsi 107
29 Sabunçu qəsəbəsi, Şəhər şossesi, döngə 6 (“Sabunçu” mərasim evinin həyəti)
30 Ramana qəsəbəsi, Şuşa küçəsi
31 Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsi
32 Sabunçu rayonu, Zabrat qəsəbəsi “Azmeat” MMC
33 Kürdəxanı qəsəbəsi, Hüsü Hacıyev küçəsi 6

XƏBƏR LENTİ
Dünya, Siyasi, Təhlil / 10.07.2026 16:26
Avropa Parlamentinin türklərsiz Kipr siyasəti – qərəzli və təhrif olunmuş yanaşma – TƏHLİL - FOTO
Dünya, Siyasi, Təhlil / 09.07.2026 17:07
Suriyanın inteqrasiyası – Trampın Şaraa sevgisi – TƏHLİL - FOTO
Dünya, Təhlil / 08.07.2026 13:17
Moskva körpüləri yandırır – TƏHLİL - FOTO
Dünya, Hərbi, Təhlil / 06.07.2026 17:43
Türkiyəyə üz tutan NATO Sammiti – alyansdaxili ziddiyyətlər – TƏHLİL - FOTO
Siyasi, Təhlil / 03.07.2026 16:54
Paşinyanın müxalifəti təmizləmək işi – TƏHLİL - FOTO
Dünya, Siyasi, Təhlil / 02.07.2026 17:50
Gürcüstanın Mərkəzi Asiyaya üz tutması – TDT-nin etibarlı istiqaməti – TƏHLİL - FOTO
Dünya, Təhlil / 01.07.2026 16:15
ABŞ-İran danışıqlarına mane olan əllər – TƏHLİL - FOTO
Dünya, Təhlil / 30.06.2026 16:04
“Ana Ermənistan” – 102 saylı bazadan xilas olmaq hədəfi – TƏHLİL - FOTO
Dünya, Təhlil / 29.06.2026 16:50
Mümkünsüz görünən ABŞ-İran sülhü – Sepahın oynadığı baş rol – TƏHLİL - FOTO
Dünya, Təhlil / 25.06.2026 16:41
Fransanın cinayətkar hərəkətləri – Parisin cani erməni sevdası – TƏHLİL - FOTO
Dünya, Təhlil / 24.06.2026 17:51
ABŞ-nin Havana təhdidləri – Venesuela variantına hazırlıq – TƏHLİL - FOTO
Təhlil / 23.06.2026 15:06
Brexit də baş verdi, Britaniya da dağılmadı – TƏHLİL - FOTO
Siyasi, Təhlil / 22.06.2026 17:46
ABŞ və İranın yol xəritəsi – dayanmayan normallaşma prosesi – TƏHLİL - FOTO
Təhlil / 19.06.2026 17:19
Moskvanın itən qüdrəti – Rusiya üçün dirilik suyu – TƏHLİL - FOTO
Siyasi, Təhlil / 11.06.2026 17:25
Qaçqınlıq və məcbur köçkünlük – dünya güclərinin toqquşan maraqları – TƏHLİL - FOTO
Siyasi, Təhlil / 10.06.2026 15:16
Afina ilə Parisin müdafiə sazişi – Türkiyənin etirazı – TƏHLİL - FOTO
Siyasi, Təhlil / 08.06.2026 15:02
Müctəbadan sonra İranın rəhbəri Pezeşkian deyilsə, kimdir? – TƏHLİL
Gündəm, Mətbuat / 05.06.2026 17:32
“Bir ümidlə dərhal Məhərrəmin telefon nömrəsinə zəng etdim ki…” - FOTO - VİDEO
Hərbi, Mətbuat / 04.06.2026 16:04
Yarımçıq qalan müqəddəs missiya – Məhərrəm İbrahimovun şəhadətindən 5 il ötür - FOTO - VİDEO
Gündəm, Hərbi, Mətbuat / 04.06.2026 13:12
Şəhid jurnalistin məzarı 5-ci ildönümündə ziyarət olunub - FOTO
Gündəm, Mədəni, Mətbuat / 04.06.2026 10:22
“Bir Məhərrəm yarası var ürəyimin” – YENİ MAHNI - FOTO - VİDEO
Gündəm, Hərbi, Mətbuat / 04.06.2026 08:00
Həqiqət izində həqiqətin axtardığı ADAM - FOTO
Gündəm, Hərbi / 04.06.2026 00:01
“Susuzluq faciəsi” – Şəhid jurnalistlərin minaya düşməsindən 5 il ötür - FOTO - VİDEO
Gündəm / 01.06.2026 00:03
Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Gündəm / 28.05.2026 00:01
Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur
Gündəm / 27.05.2026 00:01
Azərbaycanda Qurban bayramıdır