Sosial 10.02.2020 15:37

Aydın Hüseynov etimadı seçicilərinin səsi ilə doğrultdu

 

Siyasi fəaliyyətini həyatının amalı kimi yüksək dəyərləndirən şəxslərin etimadı doğrultması qaçılmazdır. Çünki əqidə və əməl bu yolda vəhdət təşkil edir. Yeni Azərbaycan Partiyasının Siyasi Surasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynovun həyat və fəaliyyəti bu fikrimizi əyani surətdə təsdiqləyir. Çünki Vətənə, Xalqa, Dövlətə bağlılıq, insani dəyərlərə yüksək münasibət,  partiya rəhbərliyinin etimadına əməli işlə verilən cavab, seçici-deputat münasibətində səmimilik, məsuliyyət hissinin böyüklüyü, işgüzarlıq, bacarıq, peşəkarlıq və digər yüksək keyfiyyətlər Aydın müəllimin portiret gizgiləridir.

Seçicilərin səs çoxluğu ilə ikinci dəfə Milli Məclisin deputatı seçilən Aydın Hüseynovun doğum günüdü. Bununla bağlı onu ürəkdən təbrik etmək, xoş arzularımı bildirmək və ibrətamiz ömür yolunun bəzi məqamlarına toxunmaq istərdim.

Aydın müəllim son dərəcə sadə və təvazökar insandır. Təbii ki bu da ailə tərbiyəsinin göstəricisidir:  Oxumaq, öyrənmək, daim çalışmaq, uçalıqla sadəliyi bərabər tutmaq, vətəni sevmək. Məhz belə bir həyat yolu öz müsbət bəhrəsini verməli idi. Elə də oldu. Ali təhsilli mütəxəssis kimi əmək fəaliyyətinə başlayan Aydın müəllim cəmiyyətdə qazandığı uğurlarla  yaşamaq fəlsəfəsinin incəliklərini açıqladı. Vətənə sonsuz sevgi, torpağa hədsiz məhəbbət, insana yüksək qayğı, böyüyə hörmət, dosta sədaqət, imtiyazlı şəxslərə xüsusi diqqət, siyasi hadisələrə obyektiv münasibət, milli dəyərlərə yüksək rəğbət onu tanıyanlar arasında hörmətini durmadan artırır.

YAP tərəfindən deputatlığa namizədliyi dövründə seçicilərlə görüşləri Aydın müəllimin insani dəyərlərini daha qabarıq formada göstərirdi. Ən çətin şəraitdə yaşayan sakinlərin evində olmaq, onların qayğıları ilə maraqlanmaq, dəstək və köməkliyini əsirgəməmək elə bil alın yazısıdi. İstənilən qəsəbəyə daxil olan kimi birinci olaraq belə insanların qonağı olurdu. Onlarla xeyli söhbətləşir və mənəvi dəstək olmağı özünə borc bilirdi.

Aydın müəllim xüsusi fəlsəfi baxışa malıkdir. Məhz bu səbəbdən də mövqeyindən və düşüncəsindən asılı olmayaraq hər bir insanla masa arxasında saatla söhbət etməyi bacarır, həmsöhbətini sona qədər dinləyir, tövsiyə və köməkliyini əsirgəmir.

YAP tərəfindən deputatlığa namizədliyinin irəli sürülməsi Aydın müəllimin məsuliyyət hissini qat-qat artırmışdı. Çünki müstəqil Azərbaycanın tarixində misillsiz xidmətləri ilə seçilən, xalqımızın arzu və istəyini əməli işi ilə doğruldan bir partiyanın etimadını qazanmaq və onu doğrultmaq heç də asan iş deyildi. Sevindirici haldır ki, bütün yüksək keyfiyyətləri ilə bu bu etimadı da doğrultdu. Seçicilərinin yekdil səsi ilə  növbəti dəfə Milli Məclisin deputatı seçildi. Bu isə YAP-ın düzgün etimadının və seçicilərin yekdil seçiminin göstəricisidir.

Belə bir gündə Aydın müəllimə ünvanlanan çoxsaylı təbriklərə qoşulur və ona daha böyük uğurlar arzulayırıq.

 

Mikayıl Nərimanoğlu
Əməkdar jurnalist

XƏBƏR LENTİ
Dünya, Siyasi / 09.10.2026 15:56
“Bakı Dialoqu”: müharibə aparanlara sülh ismarışı – TƏHLİL - FOTO
İdman / 09.10.2026 07:08
Şəhid Jurnalistlərin Xatirə Turnirində 3-cü tura start verilir - FOTO
Dünya, Təhlil / 08.10.2026 17:00
Rubionun çağırışları – Avropa ABŞ-yə layiq tərəfdaş olacaqmı? – TƏHLİL - FOTO
Dünya, Siyasi / 07.10.2026 16:31
Taleyi Fələstinə bağlı bölgə – zəifləyən HƏMAS – TƏHLİL - FOTO
Mətbuat, Sosial / 07.10.2026 10:20
“Cırıq ayaqqabı ilə lavaş satırdım, sonra səhnələrə çıxdım” – ARZUNUN VAXTI - VİDEO
İdman / 07.10.2026 00:16
Xatirə Turnirinin 2-ci turu – yaddaqalan anlar və kadrlar - FOTO
İdman / 06.10.2026 00:04
İkinci tur başa çatdı – epizodlar, xal və bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Hərbi, Siyasi / 05.10.2026 17:09
Regional və qlobal mahiyyət daşıyan Azərbaycan Zəfəri – TƏHLİL - FOTO
Maraqlı, Sosial / 05.10.2026 10:01
Bəzədiyi kuzə Brejnevə hədiyyə verilən bakılı – O VAXTLAR - VİDEO
İdman / 05.10.2026 00:22
Xatirə turnirində 2-ci turun nəticələri - FOTO
Dünya, Mədəni / 04.10.2026 11:28
Estoniyada “Saz və Balaban” adlı konsert və rəsm sərgisi keçirilib - FOTO
Siyasi, Təhlil / 02.10.2026 17:13
Üçkilsədə “at oynadan” “KQB agenti” – TƏHLİL - FOTO
Hərbi, Siyasi / 02.10.2026 14:40
Dürdanə Hümbətova yazır: 44 günlük qəhrəmanlıq DASTANI
İdman / 02.10.2026 14:03
Şəhid Jurnalistlərin Xatirə Turnirində 2-ci tur həyəcanı başlayır - FOTO
Gündəm, İdman / 01.10.2026 07:16
Telekanal və saytların xatirə turniri ilə bağlı SÜJET və XƏBƏRLƏRİ - FOTO - VİDEO
İqtisadi / 30.09.2026 14:22
ASK və ATMİA Anlaşma Memorandumu imzaladı - FOTO
Mədəni, Sosial / 30.09.2026 11:22
65 ilin işığı – pöhrələnən ağaclar…
İdman / 30.09.2026 08:06
Xatirə Turnirinin ilk turu – yaddaqalan anlar və kadrlar - FOTO - VİDEO
İdman / 29.09.2026 09:37
Xatirə turnirinin ilk turunda 4 komanda qalib gəlib – xal və bombardirlər CƏDVƏLİ - FOTO
Mədəni / 28.09.2026 14:16
Milyonlarını itirən Sərdar Ortaç qumardan niyə uzaqlaşmadı? – RETRO BAKU - VİDEO
İdman / 28.09.2026 09:22
Bakıda 5-ci Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi olub - FOTO - VİDEO
Gündəm, Hərbi / 27.09.2026 00:02
Azərbaycanda Anım Günüdür
İdman / 26.09.2026 08:00
Şəhid Jurnalistlərin xatirəsinə Minifutbol Turnirinin açılışı və ilk turun oyunları olacaq - FOTO
Dünya, Siyasi, Təhlil / 25.09.2026 17:28
Paşinyana Hessen mükafatı – vaxtilə orden alan Koçaryan və Sarqsyanın taleyi – TƏHLİL - FOTO
Mətbuat / 24.09.2026 00:58
“Haber Global” 8 yaşını qeyd edir
İdman / 23.09.2026 10:00
Şəhid Jurnalistlərin xatirəsinə 5-ci Ənənəvi Minifutbol Turniri başlayır - FOTO