Sosial 23.10.2019 16:05

Azərbaycan İstanbul konvensiyasını təsdiqləməlidir – Deputat

 

“Azərbaycan ailələrində uşaqlara qayğı, diqqət çox mühümdür. Uşaqlara qarşı zorakılıq, cinsi istismar yolverilməzdir”.

Rakus.az xəbər verir ki, bunu Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə Milli Məclisin   plenar iclasında “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının təsdiq edilməsi barədə AR qanun layihəsinin müzakirəsi zamanı deyib.


Avropa Şurasında bu məsələlərlə bağlı məruzəçi olduğunu vurğulayan Asim Mollazadə qeyd edib ki, Azərbaycan bu məsələ ilə bağlı hər zaman səsini ucaltmağa hazırdır. O, sənədə Azərbaycan ərazilərinin işğal olunduğu faktının əlavə edilməsini təqdir edib: “Ümidvaram ki, işğal olunmuş ərazilərimizlə bağlı məsələləri Avropa Şurasının timsalında növbəti dəfə beynəlxalq təşkilatın diqqətinə çatdırmış olacağıq”.


Asim Mollazadə öz növbəsində İstanbul konvensiyasının (“Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Avropa Şurası Konvensiyası”, İstanbul, 11.V.2011) təsdiq edilməsi təklifini irəli sürüb.


“Azərbaycan İslam və Türk dünyasında ilk dəfə, hətta ABŞ və bir sıra Avropa ölkələrindən qabaq qadınlara seçib-seçilmək hüququ verib. Qadın liderliyi hər zaman Azərbaycanda diqqət mərkəzində olub. Çox təəssüf ki, biz qadınlara qarşı zorakılıqla bağlı müvafiq sənədlərin qəbulunu ləngidirik. Bizdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi var, parlamentdə də müvafiq komitə fəaliyyət göstərir. Mənə elə gəlir ki, Azərbaycan İstanbul konvensiyasını ləngimədən dəstəkləməlidir”, – deyə millət vəkili bildirib.


“Azərbaycanda qadın zorakılığına qarşı mübarizə daha da sərtləşdirilməlidir. Artıq bir sıra bölgələrimizdə erkən nikahlarla, qızların təhsili ilə bağlı problemlər yaranıb, qız uşaqlarını məktəbə buraxmırlar. Bu, Azərbaycan dövlətinin və xalqının milli-mənəvi dəyərlərinə ziddir. Odur ki, Azərbaycan parlamenti yaxın müddətdə İstanbul konvensiyasını təsdiqləməlidir”, – Asim Mollazadə əlavə edib.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO