Mətbuat 01.03.2024 13:15

104 yaşlı AZƏRTAC – kövrələrək yazdığım duyğusal xatirə

Bu gün həyatımın 18 ilini (1992-2010) agentliyin mərtəbələrində keçirdiyim, ürəklə çalışdığım, 1990-cı illərin əvvəllərindəki gərginlikləri, çətinlikləri görərək və dözərək fəaliyyət göstərdiyim AZƏRTAC-ın 104 yaşı tamam olur. Əlbəttə, bu tarixdən qürurlanmaq, şərəflənmək vacibdir və məndə fərəhlənirəm. Çünki ölkəmizi dünya səviyyəsində tanıdan, mətbuat sektorunda intibah yaradan, dünya dövlətləri içərisində mötəbər agentlik statusu olan AZƏRTAC Cümhuriyyətimizin bizə yadigar qoyduğu, Ulu Öndər, böyük sevgi ilə qəlbimizdə yaşatdığımız dahi şəxsiyyət Heydər Əliyevin, eləcə də Sərkərdə statusu qazanan Prezident İlham Əliyevin hər zaman diqqət və  qayğısının əhatəsində olan bir İnformasiya Agentliyindən söhbət gedir. Pessimizmə qapılıb çox da tənqidi fikirlər söyləmək istəmirəm. Amma keçmiş olduğu üçün ad çəkmək istəmədən məyus və təəssüflə xatırlatmaq istədiyim bir neçə məqam var.

Birdən yadıma düşdü ki, mən artıq 14 ildir vaxtilə mənəviyyatsız “çubuşların”, ancaq öz mənafeyini güdən, var-dövlət toplayan, agentlik içində özü üçün “hərəmxana” düzəldən, eyş-işrət üçün dövlətin vəsaitini xərcləyib min hoqqadan çıxan, at oynadan dırnaqarası rəhbərlərin haqsızlığına uğradığım AZƏRTAC-sız yaşayıram. Yəni bütün gəncliyini qurban vermiş, gecə-gündüz ürəklə çalışmış, işi hər şeydən üstün tutub dövlətə, dövlətçiliyə xidmət edən, ölkə rəhbərinə əbədi sadiq olan və ən önəmlisi bir dəfədə olsun həm davranışı, həm də fəaliyyəti ilə səhvə yol verməyən Əsgər İbrahimov qanunsuz şəkildə primitiv üsullarla işdən çıxarılıb. Səbəb isə sonralar bildiyim, heç özümün belə ummadığım, xəyalımdan belə keçirmədiyim, amma onlar üçün vahimə yaratmış “Əsgər İbrahimovun genişlənən karyera”sı olubmuş. Sən demə, fəaliyyətində ancaq agentliyin nüfuzu üçün çalışan Əsgər İbrahimov çox qorxulu imiş. Nə qədər primitiv düşüncə…

Əlbəttə, bu sözləri yazmaqla özümü önə çəkmək fikrim yoxdur, sadəcə, bu, bir həqiqətdir və bunları o dövrdə istər Prezident Adminstrasiyasında, istərsə də AZƏRTAC-da işlədiyimiz insanlar  təsdiqləyə bilərlər.

Bəli, Azərbaycanın ilk milli xəbər agentliyi olan AZƏRTAC 104 illik fəaliyyətlə bağlı xəbər yayıb. Oxudum, özü də bir neçə dəfə oxudum və özüm üçün aydınlaşdırmaq istədiyim bir neçə məqamı bölüşmək, diqqətə çatdırmaq istədim. Yəqinki inciməzlər, səhv etsəm üzürlü sayarlar.

Faktdır ki, AZƏRTAC-ın 104 illi tarixində 17-18 il agentlikdə fəaliyyət göstərən, canını VƏTƏN yolunda qurban verən, ölkə rəhbəri tərəfindən  “3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilən Məhərrəm İbrahimov adlı şəhidi var. Bir əsrdən çox yaşı olan etibarlı agentliyin yeganə şəhidinin bu gün nəinki 104 illiklə bağlı xəbərində, heç binasında dəyərli bir xatirə lövhəsi yoxdur. Ancaq 3-5 şəkil yapışdırıb sonuncu mərtəbələrin birinə vurmaqla kifayətlənmək doğrudurmu? Yazılan xəbərdə bununla bağlı bir cümlənin olması görəsən AZƏRTAC adına xələlmi gətirəcəkdi?

İnanın ki, bunları yazmaqda məqsədim nədənsə gileylənmək, kiməsə qarşı nifrət bəsləmək, yaxud kimdənsə nəsə ummaq deyil. Sadəcə mətbuatda AZƏRTAC-ın 104 illiyi ilə bağlı xəbəri oxuyub kövrələrək yazmaq istədiyim duyğulardır. Çünki bu tarixdə az da olsa bizim də əməyimiz var…

Yenə də optimist olaraq AZƏRTAC-ın hər zaman daxilində mövcud olan sağlam kollektivini təbrik edirəm. Müasir düşüncəli yeni sağlam rəhbərliyin səmərəli fəaliyyətini, formalaşdırmağa çalışdığı sağlam mühiti təqdir etməklə yanaşı, duyğulandığım məsələlərlə bağlı düşünəcəyinə əminəm.

Bir daha AZƏRTAC-ı 104 yaşı münasibətilə təbrik edirəm!

Hər zaman  səsiniz uca gəlsin!

Əsgər İbrahimov – jurnalist

XƏBƏR LENTİ
Gündəm / 11.05.2026 10:17
Heydər Əliyev mitinqə necə reaksiya vermişdi? – “Böyük iz” sənədli filmi - VİDEO
Gündəm / 10.05.2026 00:01
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
Gündəm, Səhiyyə / 28.04.2026 00:01
Nur paylayan insan – Akademik Zərifə Əliyevanın doğum günüdür
Siyasi, Sosial / 24.04.2026 23:30
“Qəlbimiz Zəngi çayının sahilində, o bərəkətli torpaqlarda qalıb” - FOTO - VİDEO
Siyasi, Sosial / 24.04.2026 14:22
Zəngi çayının sahilində gəzmək istəyən Aysel Şamilovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Siyasi / 18.04.2026 22:32
Andranik Qarabağı və Cənubi Qafqazı niyə qoyub, qaçdı? - VİDEO
Siyasi, Sosial / 17.04.2026 23:03
“Nənəm danışırdı ki, ermənilər topdan atəş açırdılar” - FOTO - VİDEO
Siyasi, Sosial / 17.04.2026 14:22
“Vətənə qayıdışımız tarixi hadisə olacaq” – Müslüm Məmmədovun ”Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Gündəm, Hərbi, Mətbuat / 16.04.2026 16:44
Zirvədə dayanan 44-cü bahar: sözlər susur, xatirələr danışır… - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2026 11:30
44 yaşı tamam olan Şəhid jurnalistin məzarı ziyarət olunub - FOTO
Hərbi, Mətbuat / 16.04.2026 06:44
Şəhid jurnalisti doğum günü öz məqaləsi ilə anırıq – Əsgər atasından məktub
Gündəm, Mətbuat / 16.04.2026 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 11.04.2026 23:28
“Rusiyaya ümid erməni siyasətinin təhlükəli oyunu idi” - VİDEO
Siyasi, Sosial / 10.04.2026 23:14
“Alban kilsəsini bizə Qriqoryan kilisəsi kimi tanıtmışdılar” - FOTO - VİDEO
Siyasi, Sosial / 10.04.2026 14:22
“Bizi Türkiyə tərəfə baxmağa qoymurdular” – Yaqub Rzayevin ”Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Sosial / 07.04.2026 22:55
Bozgöy, Boznəli, Boyaqçı, Bora dağı, Borçalı arxı, Bostan tala – türk tarixinin izi - VİDEO
Siyasi, Sosial / 07.04.2026 14:22
Ermənilərin adını təhrif etdiyi türk yurdu – ANONS - VİDEO
Maraqlı, Sosial / 06.04.2026 12:50
“Gecikmiş bir etiraf… Şəhid sinif yoldaşıma”
Hərbi / 05.04.2026 17:19
Astarada Aprel döyüşlərinin 10-cu ildönümü qeyd edilib - FOTO - VİDEO
Siyasi / 04.04.2026 23:03
“İrəvan quberniyasında 199 azərbaycanlı kəndi necə məhv edildi?” - VİDEO
Siyasi, Sosial / 03.04.2026 23:36
“Şəki şəlaləsinin suyundan ürək yanğısı ilə içəcəm” - FOTO - VİDEO
Siyasi, Sosial / 03.04.2026 14:22
“Hamilə idim, ermənilər öldürməsin deyə gecələr qarajda yatırdım” – Sənubər Əliyevanın “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Gündəm, Hərbi / 02.04.2026 00:02
Azərbaycanın Aprel qələbəsindən 10 il ötür
Mədəni / 01.04.2026 00:02
Bu gün Ümumdünya Gülüş Günüdür
Siyasi, Sosial / 31.03.2026 23:53
Bozyoxuş, Boz Kaha, Bozkosa-türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 31.03.2026 14:22
İki əsr tarixi olan türk kəndinin acı taleyi – ANONS - VİDEO