Siyasi 10.06.2020 15:02

XİN Ermənistanla bağlı BƏYANAT verdi

Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycanı nifrət nümayiş etdirən çıxışları ilə ittiham etməyə cəhd göstərən son açıqlamaları bu ölkənin beynəlxalq qurumların qəbul etdiyi qərarları özbaşına və seçilmiş şəkildə şərh etmək təcrübəsini bir daha üzə çıxarır. Ənənəvi əsassız iddialarını səsləndirməklə, Ermənistan beynəlxalq birliyi yanıltmaq və diqqəti öz irqçi siyasətindən və nifrət zəminində törətdiyi cinayətlərdən – Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonunun qeyri-qanuni hərbi işğalından və təcavüz zamanı yüz minlərlə azərbaycanlının insan hüquqlarının və əsas azadlıqlarının ciddi şəkildə pozulması faktından yayındırmaq məqsədi güdür.

Rakus.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir.

Sənəddə deyilir ki, Azərbaycana qarşı müharibəni başlatdığına və beynəlxalq səviyyədə tanınmış ərazilərinin beşdə bir hissəsini zəbt etdiyinə görə tam məsuliyyət daşıyan, işğal olunmuş ərazilərdə etnik təmizləmə həyata keçirən, münaqişə zamanı digər ağır cinayətlər törədən, irqçi ideologiyanı müdafiə edən və BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrinə, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına, habelə digər beynəlxalq təşkilatların qərar və sənədlərinə açıq-aşkar laqeydlik göstərən Ermənistan, özünün davamlı şəkildə pozduğu standartlar və dəyərlərlə başqalarını ittiham edə bilməz.

Ermənistan bütün qeyri-erməniləri, o cümlədən azərbaycanlıları ölkədən qovmaqla monoetnik ölkəyə çevrilmişdir. Ermənistan, etnik cəhətdən homogen ərazilər yaratmaqla bağlı eyni siyasət və təcrübəsini, bütün qeyri-ermənilərin qovulduğu və oyuncaq rejimini yaratdığı Azərbaycanın işğal edilmiş ərazilərinə də tətbiq edib.

Etnik və dini zəmində nifrət, düşmənçilik və dözümsüzlük Ermənistan siyasətinin əsasını təşkil edir və bu ölkə rəhbərliyinin ermənilərlə azərbaycanlılar arasında “etnik uyğunsuzluğa” aşkar inamının sübutudur. Beynəlxalq ictimaiyyət dəfələrlə Ermənistanın bu cür iyrənc fikirləri açıq şəkildə təbliğ etməsinə öz etirazını bildirmiş və Ermənistanda hökm sürən dözümsüzlük ruhu və bu ölkədə həyata keçirilən ayrı-seçkilik siyasəti və təcrübələri ilə bağlı ciddi narahatlığını ifadə etmişdir.

Ermənistan, insan hüquqları standartlarına və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına münasibətdə riyakarlıq və seçici yanaşmasına son qoymalı və eyni Məhkəmənin “Çıraqov və digərləri Ermənistana qarşı” adlı 16 iyun 2015-ci il tarixli qərarının icrasına başlamalıdır. Məlum olduğu kimi, Avropa Məhkəməsinin Böyük Palatası təqdim olunan sübutları araşdıraraq, Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və digər işğal olunmuş əraziləri üzərində nəzarəti həyata keçirdiyini təsbit etmiş, Ermənistanın azərbaycanlı məcburi köçkünlərin hüquqlarının pozulmasına görə məsuliyyət daşıdığını bildirmiş və onların işğal olunmuş ərazilərdəki evlərinə və doğma yurdlarına qayıtmaq hüquqlarını bir daha təsdiq etmişdir.

Münaqişənin davam etməsinin və bunun nəticəsində bölgədə gərginliyin ara-sıra artmasının başlıca səbəbi Azərbaycan ərazilərinin qanunsuz işğalı və Ermənistanın bu vəziyyəti möhkəmləndirmək cəhdləridir. İlk növbədə Ermənistanın təcavüzünün nəticələri aradan qaldırıldıqdan sonra, yəni BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələbinə uyğun olaraq Ermənistan silahlı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz Azərbaycan ərazilərindən çıxarılması, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün bərpa olunması və yüz minlərlə azərbaycanlı məcburi köçkünlərin insan hüquqları və əsas azadlıqlarının, o cümlədən onların evlərinə və mülklərinə geri qayıtmaq hüququnun təxirə salınmadan təmin edilməsindən sonra sülh, təhlükəsizlik və sabitliyə nail olmaq mümkündür.

XƏBƏR LENTİ
Elm və təhsil / 01.08.2026 08:25
Azərbaycan dilinə dövlət dili statusu verilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır – MƏQALƏ
Dünya, Təhlil / 31.07.2026 17:38
Türkiyə Avropanın Yaxın Şərqdə həm qalası, həm də müdafiə istehkamıdır – TƏHLİL - FOTO
Dünya, Mədəni / 29.07.2026 10:57
“Zita və Gita”dan deputatlığa: Hema Malini necə əfsanəyə çevrildi? – RETRO BAKU - VİDEO
Dünya, Təhlil / 28.07.2026 16:50
“Beşinci kolon” yaradan ETTALAAT, Sepah və media orqanları – TƏHLİL - FOTO
Dünya, Təhlil / 27.07.2026 17:03
Berlindəki terror aktı – cinayətkarın dini, milləti olmur – TƏHLİL - FOTO
Elm və təhsil, Maraqlı, Sosial / 27.07.2026 10:51
Azərbaycanı birləşdirən Şah Qacarın meyidi niyə 2 yerə bölündü? - VİDEO
Kriminal, Sosial / 27.07.2026 10:42
“Heç özümü bağışlamamışam” – Motosiklet qəzasında ölən Zəhranın atası – “Arzunun vaxtı” - VİDEO
Sosial / 27.07.2026 10:35
Gözüyaşlı atanın ürəkdağlayan hekayəsi – “Arzunun vaxtı” - VİDEO
Dünya, Siyasi, Təhlil / 24.07.2026 17:19
Fransada ksenofobiya – irqi mənsubiyyətə görə artan gərginlik – TƏHLİL - FOTO
Elm və təhsil, Mədəni / 24.07.2026 12:22
Aşıq Alıdan qalan sərvət – Salman Qaralar yazır - FOTO
Elm və təhsil, Sosial / 24.07.2026 11:24
İnsanları halallığa və yüksək əxlaqa çağıran adam – Kərəm Həsənzadənin vəfatının 60 illiyinə
Elm və təhsil, Sosial / 24.07.2026 11:05
Əxlaqı yaradan nədir: Elm, yoxsa hikmət? – AMİN - VİDEO
Dünya, Siyasi, Təhlil / 23.07.2026 10:52
Ermənistan-Rusiya atmosferi – münasibətlərdə AES barometri – TƏHLİL - FOTO
Mətbuat / 22.07.2026 00:01
Bu gün Azərbaycanda Milli Mətbuatın yaranması günüdür
Dünya, Siyasi, Təhlil / 21.07.2026 16:56
Rusiyanın meyvə təzyiqləri İrəvanda etirazlar yaradır – TƏHLİL - FOTO
Maraqlı, Sosial / 21.07.2026 11:22
“Şəfanın məzarının vəziyyətini gördükdə şoka düşdüm” – “Arzunun vaxtı” - VİDEO
Dünya, Siyasi / 20.07.2026 17:35
ABŞ 30 ildən sonra “xarici terrorçuları” ölkədən çıxaracaqmı? – TƏHLİL - FOTO
Elm və təhsil, Texnologiya, Təhlil / 20.07.2026 12:11
Sosial şəbəkələrə qadağa: dünyada nə baş verir? – ARAŞDIRMA - VİDEO
İdman / 20.07.2026 11:22
“Media Kuboku-2026” – yaddaqalan anlar və kadrlar - FOTO - VİDEO
İdman / 19.07.2026 17:31
“Media Kuboku-2026” minifutbol turniri başa çatıb - FOTO
Sosial / 19.07.2026 11:40
300 nəfərlik gizli “WhatsApp” qrupu kəndi necə dəyişir? – KƏNDİNƏ QAYIT - VİDEO
Sosial / 18.07.2026 21:15
Atasını itirdi, 6-cı sinifdə “ana” oldu – “Arzunun vaxtı” - VİDEO
İdman / 18.07.2026 16:57
Qusarda “Media Kuboku – 2026” minifutbol turniri start götürüb - FOTO
Sosial / 18.07.2026 13:33
Tanınmış teleaparıcı özbaşnalıqlara son qoyulmasını tələb edir
Mədəni, Sosial / 18.07.2026 10:22
“Boşanmaq nədir, nəyin çatmır, ay qız?!” – O VAXTLAR - VİDEO
Siyasi, Təhlil / 17.07.2026 16:27
Özünü buraxan PKK niyə başqaları üçün alət olaraq qalır? – TƏHLİL - FOTO