“Azərbaycan vəziyyəti tam nəzarətdə saxlayır” – deputat
“Dünyamızı hazırlıqsız yaxalayan koronavirus pandemiyasına qarşı mübarizədə Azərbaycan vəziyyəti tam nəzarətdə saxlayıb”.
Rakus.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Naqif Həmzəyev parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin COVİD -19 pandemiyasına qarşı müəyyən etdiyi mübarizə strategiyası sayəsində ölkəmiz bu ümumi bəlanın doğurduğu itkiləri minimuma endirməyi bacaran dövlətlər siyahısında yer alıb.
Deputat yazıb ki, iyunun 9-da Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə paytaxtın Bilgəh qəsəbəsində, həmçinin Sumqayıt şəhərində və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan üç modul tipli xəstəxananın açılışı da bu sahədə görülən işlərin daha bir bariz nümunəsidir: “Modul tipli xəstəxananın açılışında “Mənim üçün birmənalı qaydada tərəddüdsüz insanların sağlamlığı həmişə birinci yerdə olub. Koronavirus pandemiyası başlayandan bu günə qədər Azərbaycan dövləti çox böyük məsuliyyət göstərib. Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə alır. Modul tipli xəstəxanaların yaradılmasında əsas məqsədlərdən biri də koronavirus xəstələrinin lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetməni və tibbi əlaqələndirməni, vətəndaşların sağlamlığını və təhlükəsizliyini təmin etmək etməkdir”.