Mətbuat 02.05.2025 16:59

Turan İbrahimov: “Televiziya gündəlik informasiya və əyləncə mənbəyi olaraq qalır” - FOTO

“Televiziya jurnalistikasında işləmək heç də asan məsələ deyil, filmlərdə gördüyünüz rəngbərəng xəyallara bənzəmir”.

Rakus.az xəbər verir ki, bu fikri “Baku TV”nin İnformasiya Proqramları və Qərbi Azərbaycan Departamentinin rəhbəri, teleaparıcı, jurnalist Turan İbrahimov Report Media Məktəbinin tələbələri ilə görüşündə deyib.

O, TV layihələrin hazırlanma prosesi, peşəkar jurnalistikanın reallıqları, informasiya istehsalı prosesi və müasir auditoriyanın dəyişən maraqları barədə danışıb.

“Bu gün ənənəvi televiziyanın auditoriyasını, əsasən, 60-dan yuxarı yaşlı insanlar təşkil edir. Televiziya, sadəcə, bu nəsil üçün gündəlik informasiya və əyləncə mənbəyi olaraq qalmaqdadır. Gənclərə hesablanan və daha çox internetdən yayımlanan televiziya isə fərqli qaydalarla fəaliyyət göstərir”, – jurnalist vurğulayıb.

Departament rəhbəri gənclərdə yaddaş itkisi problemi ilə bağlı fikirlərini də bölüşüb, əsas səbəblərdən biri kimi informasiya yükünün artmasını göstərib: “İnsan gündə onlarla qısa video, yazı və başlıq görəndə beyin onları strukturlaşdıra bilmir”.

Xatırladaq ki, Turan İbrahimov 1981-ci ildə Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olub. 1998-2002-ci illərdə Bakı Dövlət Universitetinin “Jurnalistika” fakültəsində təhsil alıb. 1999-cu ildən jurnalist fəaliyyətinə başlayıb. “ABA”, “Space”, “ATV”, “Lider”, “ANS”, “ATV” telekanallarında çalışıb. “ATV səhər”, “Space səhər”, “Günəbaxan” kimi proqram və verilişlərdə aparıcı olaraq tanınıb. 2023-cü il mayın 1-dən “Baku TV”də İnformasiya Proqramları və Qərbi Azərbaycan Departamentinin rəhbəridir.

Foto: Zaur Məhərrəmov

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO